Almaniyanın Bavariya federal əyalətinin Amberg şəhəri yaxınlığında 50-dək avtomobilin iştirakı ilə qəza baş verib.
SİA xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Qəzanın baş verdiyi 6 nömrəli avtoban hazırda hər iki istiqamətdə tamamilə bağlanıb. Yol qəzasına səbəb buzlu yağış olub.
Yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bütün Almaniyanın Yuxarı Frankoniya inzibati dairəsində buzlu yağış yağıb. Hətta müvafiq orqanların əməkdaşları belə qəza yerinə çatmaqda çətinlik çəkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB