Bakıda qadını avtomobil vurub

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Ukrayna dairəsində qeydə alınıb.

Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən 1994-cü il təvəllüdlü Sadıqova Sevda Rafiq qızını minik avtomobili vurub. O aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə