Bakıda “BakuBus”-a məxsus avtobus qəzaya uğrayıb

Bakıda “BakuBus”-a məxsus avtobus qəzaya uğrayıb

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Mikayıl Müşviq və Hüseyn Cavid küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Saipa” markalı maşının sürücüsü dönərkən sükana nəzarəti itirərək nəqliyyat vasitəsini “BakuBus” MMC-yə məxsus 3 nömrəli marşrut xətti üzrə hərəkət sərnişin avtobusuna çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə