İranda zəncirvari qəza olub, ölən və yaralılar var

İranda zəncirvari qəza olub, ölən və yaralılar var

İranın paytaxtı Tehranda beton qarışdıran maşın 13 avtomobillə toqquşub.

SİA-nın məlumatına görə, hadisə Tehranın Qərb magistral yolunda baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Magistral yol bağlanıb və hazırda yolun açılması üçün səy göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə