Sabirabadda koronavirus xəstəsi saxlanılıb

Sabirabadda koronavirus xəstəsi saxlanılıb

Sabirabad rayonu Kürkəndi kənd sakini İslam Cəbrayılova COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə