Restoranda baş verən yanğında 3 nəfər zəhərlənib

Restoranda baş verən yanğında 3 nəfər zəhərlənib

Bakıda restoranda baş verən yanğında 3 nəfər zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 kv/m olan beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə