Qax rayonunun sakinlərindən odlu silahlar götürülüb

Qax rayonunun sakinlərindən odlu silahlar götürülüb

Qax rayonunda polis sənədsiz silahlar aşkar edib.

SİA xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Coşqun Məmmədov və Vüqar Osmanovun hər birindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb.
Onların barələrində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə