Türkiyənin Bitlis şəhərinin Tatvan rayonunda iki avtobus aşıb.
SİA xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Hadisə Tatvan-Van yolunun Yelkənli mövqeyində əlverişsiz hava şəraiti səbəbindən baş verib.
İlkin məlumata görə, qəzalarda 35 sərnişin xəsarət alıb. Qəza yerinə gedən tibbi heyət əksəriyyəti yüngül xəsarət alan sərnişinlərə ilkin tibbi yardım göstərib. Yaralılar daha sonra Tatvan və Bitlis Dövlət Xəstəxanalarına aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB