Boks çempionu Coşuanın ötən il bolqarıstanlı rəqibi Kubrat Pulevlə qarşılaşmasından əvvəl Tereza Kerroll dostlarını matça baxmaq üçün evinə dəvət edib. Oteldə işləyən qızı Şantelin evə gələrək bütün günü yorğun olduğunu, ona görə də qonaqlara xidmət edə bilməyəcəyini deməsi ilə ana və qızı arasında mübahisə yaranıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, evdə qonaqların müdaxiləsinə baxmayaraq əsəblərinə hakim ola bilməyən ana qızının burnunu sındırıb. Məhkəmə anadan qızına 500 funt sterlinq təzminat ödəməyə məcbur edib. Məhkəmə həmçinin anaya qızından uzaqlaşmaq qərarı verib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB