Bakı sakinini avtomobil vuraraq hər iki ayağını sındırıb

Bakı sakinini avtomobil vuraraq hər iki ayağını sındırıb

Bakının Xəzər rayonunda yol qəzasında bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Buzovna qəsəbəsi ərazisində baş verib.

1963-cü il təvəllüdlü Mirzəyev Emin Aydın oğlu yolu keçərkən onu minik avtomobili vurub. Hadisə nəticəsində onun hər iki ayaq sümüyü sınıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə