Polis Xızıda qanunsuz ov edən şəxsi yaxaladı FOTO

Polis Xızıda qanunsuz ov edən şəxsi yaxaladı FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Kamalov rayonun Sitalçay kəndi ərazisində, üzərində qanunsuz daşıdığı 16 kalibrli ov tüfəngi ilə ov edərkən yaxalanıb.

RPŞ-ə gətirildikdən sonra İ.Kamalovun rayon ərazisində qaz xəttinin bir neçə dayaq borularını oğurlaması da müəyyən edilib.

Hazırda faktla bağlı RPŞ-də araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə