Meksikanın Kanyada-de-Quadalupe rayonunda (Oahaka ştatı) asma körpünün uçması nəticəsində 23 nəfər xəsarət alıb.
SİA-nın məlumatına görə, bu barədə regionun xilasetmə xidmətinin "Twitter" səhifəsində deyilir.
"Körpünün uçması nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb. Xəsarət alanlardan 11-i uşaqdır. Onlar xəstəxanaya çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır", - deyə məlumatda deyilir.
İlkin məlumata əsasən, konstruksiya böyük insan qrupunun çəkisinə dözməyib. Prokurorlu əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB