Bakıda bir ailənin üç üzvünü avtomobil vurub, biri ölüb

Bakıda bir ailənin üç üzvünü avtomobil vurub, biri ölüb

Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı iki nəfər xəsarət alıb və bir nəfər ölüb.

SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Yolu keçən 1956-ci il təvəllüdlü Fərziyeva Xəzəngül Rəşid qızı və onun oğlu 1981-ci il təvəllüdlü Fərziyev Qəribağa Nadir oğlu, həmçinin sonuncunun həyat yoldaşı 1994-cü il təvəllüdlü Fərziyev Fərid Xavər oğlunu avtomobil vurub. Hadisə nəticəsində X.Fərziyeva qəza baş verən ərazidə ölüb. Digər iki yaralı isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə