Tbilisidə yaşayış binasında partlayış olub...

...xəsarət alanlar var
Tbilisidə yaşayış binasında partlayış olub...

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Vazisubani rayonunda yerləşən doqquz mərtəbəli yaşayış binasında partlayış baş verib.

SİA-nın məlumatına görə, bunu rayon administrasiyasının nümayəndəsi Nika Elisaşvili deyib.

Onun sözlərinə görə, partlayış binanın birinci mərtəbəsindəki mənzillərdən birində meydana əglib. Partlayış nəticəsində evin sahibi və binanın 4 sakini xəsarət alıb.

İlkin məlumata əsasən, partlayışa səbəb qaz sızması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə