Özbəkistanın Anqren şəhərində iki yük qatarı toqquşub.
SİA-nın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
"İnsident dekabrın 19-da yerli vaxtla saat 05:03-də baş verib. Qatarlardan biri texniki nasazlıq səbəbindən hərəkət zamanı dayanıb, bu zaman dəmir yolu ilə hərəkət edən digər qatar dayanmış qatara çırpılıb, nəticədə 14-də kömür, 6-sı isə boş olan 20 vaqon relsdən çıxıb", - deyə məlumatda deyilir.
Bildirilri ki, qəza nəticəsində lokomotivlərdən birinin maşinisti və onun köməkçisi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB