Nigeriyada quldurlar 20 nəfəri öldürüb

Nigeriyada quldurlar 20 nəfəri öldürüb

Nigeriyanın şimal-qərbində quldurlar tərəfindən azı 20 nəfər öldürülüb.

SİA xəbər verir ki, bu barədə Kaduna ştatının təhlükəsizlik və daxili işlər naziri Samuel Aruvan məlumat verib.

Belə ki, silahlı şəxslər İdasu bölgəsindəki üç kəndə hücum eib və azı 20 mülki şəxsi qətlə yetirib.

S. Aruvanın dediyinə görə, quldurlar evləri, kənd təsərrüfatı texnikasını qarət edərək yandırıblar.

Faktla bağlı istintaq başlayıb. Yaşayış məntəqələrini və onların sakinlərini qorumaq üçün bölgəyə təhlükəsizlik qüvvələrinin əlavə hissələri göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə