Xaçmazda karantin qaydalarını pozan çay evi aşkarlandı

Xaçmazda karantin qaydalarını pozan çay evi aşkarlandı

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 6 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə