....27 nəfər ağır xəsarətlər alıb
Yaponiyanın Osaka şəhərində baş verən güclü yanğın zamanı azı 28 nəfər xəsarət alıb.
SİA xəbər verir ki, xəsarət alanlardan 27-sinin vəziyyəti son dərəcə ağırdır.
Onların ürək və ağciyər çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Ehtimala görə, ziyarətçilər və klinika işçiləri yanğın zamanı içəridən çıxa bilməyiblər.
Yanğın şəhərin əsas vağzalının yaxınlığında insanların sıx olduğu məhəllədə yerləşən inzibati binanın dördüncü mərtəbəsində baş verib. Binada klinika, gözəllik salonu, ingilis dili kursu və bir neçə ofis yerləşir.
Hadisə yerinə 30-dan çox yanğınsöndürmə briqadası gəlib. Yarım saat ərzində yanğını söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB