Tbilisidə xüsusi əməliyyat, “obşak”a pul yığanlar saxlanıldı

Tbilisidə xüsusi əməliyyat, “obşak”a pul yığanlar saxlanıldı

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə genişmiqyaslı xüsusi əməliyyat keçirib və bu zamanı 9 nəfər saxlanılıb.

SİA xəbər verir ki, saxlanılan şəxslər Türkiyədə yaşayan “qanuni oğru”, “Çinka” ləqəbli Tengiz Xoperiyanın sifarişini yetiriblər.

Onlar kriminal avtoritetin nüfuzundan istifadə edərək, Tbilisi aeroportunun ərazisində işləyən taksi sürücülərindən əldə olunan gəlirin yarısını alıblar. Bu pul “obşak” üçün toplanılıb.

Qeyd edək ki, azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən Xoperiya, 1990-cı ildən bəri Gürcüstan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə beş dəfə həbs olunub. 2013-cü ildə azadlığa buraxılaraq Rusiyaya gedib. Hazırda 51 yaşlı Xoperiya azadlıqdadır və Türkiyədə yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə