Paytaxtda tanınmış restoran yandı - RESTORAN İŞÇİSİ SİA-YA TƏFƏRRÜATLARI DANIŞDI

Paytaxtda tanınmış restoran yandı - RESTORAN İŞÇİSİ SİA-YA TƏFƏRRÜATLARI DANIŞDI

Bu gün Bakının Rəşid Behbudov küçəsində yerləşən “Dürmək” restoranında yanğın baş verib. “Dürmək” restoranın işçisi İlkin Cəfərov SİA-ya verdiyi açıqlamada bildirib ki, restoranın havalandırma sistemində problem olduğu üçün yanğın hadisəsi baş verib.

Yanğının əvvəlcə restoranın arxa həyətində başladığını daha sonra isə içəri daxil olduğunu qeyd edən İlkin Cəfərov yanğından heç kimin xəsarət almadığını bildirib.

Qeyd edək ki hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə