Abşeronda mebel sexi yanıb

Abşeronda mebel sexi yanıb.

SIA-nın məlumatına görə, Xırdalan şəhərində ümumi sahəsi 140 m² olan mebel sexinin içərisində taxta yonqarı, 1 ədəd dülgər dəzgahı və dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb.

Sexin qalan hissəsi, içərisinə yığılan taxta materialları və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə