Bakı sakini bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

SIA xəbər verir ki, hadisə Şamil Əzizbəyov küçəsində baş verib.

1983-cü il təvəllüdlü Zülfüqarov Emin Rauf oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə