Qazaxdakı yol qəzasında 1 nəfər xəsarət alıb

Qazaxdakı yol qəzasında 1 nəfər xəsarət alıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə rayonun “Avtovağzal” adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "Mercedes"markalı avtomobil toqquşub.

Qəza zamanı 1994-cü il təvəllüdlü H.Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə