Yaponiyada 9 avtomobilin iştirakı yol qəzası olub...

...xəsarət alanlar var
Yaponiyada 9 avtomobilin iştirakı yol qəzası olub...

Yaponiyanın Yamanasi prefekturası ərazisində 9 avtomobilin iştirakı yol qəzası olub.

SİA xəbər verir ki, qəza nəticəsində azı 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatıdırılıb və bir neçəsinin vəziyyəti ağırdır.

Polis əməkdaşları hadisənin səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlayıb.

Xatırladaq ki, dekabrın 10-da Ayti prefekturasında 20 avtomobilin iştirakı baş verən qəzada 24 nəfər xəsarət almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə