Tornado nəticəsində 100-dən artıq insan itkin düşüb

Tornado nəticəsində 100-dən artıq insan itkin düşüb

ABŞ-ın Kentukki ştatında tornado nəticəsində 74 nəfər həlak olub, 100-dən artıq insan isə itkin düşüb.

SİA-nın verdiyi məlumata görə, bunu ştatın qubernatoru Endi Beşir deyib.

Onun sözlərinə görə, itkin düşənlərin axtarışı və xilas edilməsi üzrə çox sayda əməliyyatlar keçirilir.

"Yaxşı xəbər varsa, o da dünəndən bəri ölənlərin sayının dəyişməməsidir", - deyə qubernator bildirib.

E.Beşir qeyd edib ki, həlak olanlardan 8 nəfərinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə