ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşir yerli CBS telekanalının efirində ölkə tarixindəki ən dağıdıcı qasırğanın nəticələrindən danışıb.
SİA xəbər verir ki, qubernator azı 80 nəfərin öldüyünü, lakin bu rəqəmin artacağını bildirib.
"Fəlakət nəticəsində bütöv şəhərlər yerlə-yeksan olub", - deyə o bildirib.
Mayfild şəhərində 100-dən çox insanın olduğu şam fabrikinin damı uçub. Qubernator bildirib ki, xilasedicilər artıq bir neçə gündür dağıntılar altında sağ qalanları tapa bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB