Meksikada avtomobil qatara çırpılıb...5 nəfər ölüb

Meksikada avtomobil qatara çırpılıb...5 nəfər ölüb

Meksikanın mərkəzindəki Quanaxuato ştatının Leon şəhərində yük qatarı sərnişin vaqonuna çırpılıb.

SİA xəbər verir ki, qəza nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər həyatını itirib.

Yerli prokurorluq orqanlarının əməkdaşları faciənin baş vermə səbəblərini araşdırmağa başlayıblar. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü dəmiryol keçidində qatardan əvvəl keçməyə çalışsa da, bu manevri başa çatdıra bilməyib.

Hadisə nəticəsində sürücüylə birlikdə onun iki oğlu və onların 12 və 11 yaşlı iki dostu dünyasını dəyişib. İlkin məlumatlara görə, onlar futbol matçına gedirmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə