Toronto sakini sinəsindən ağır güllə yarası alıb

Toronto sakini sinəsindən ağır güllə yarası alıb

Kanadanın Toronto şəhərində atışma nəticəsində bir nəfər güllə yarası alıb.

SİA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Hadisə metropolun mərkəzi hissəsində baş verib. Hadisə yerinə gələn polis sinə nahiyəsindən güllələnən şəhər saknini aşkar edib.

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Atışma ilə bağlı heç kim saxlanılmayıb. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə