Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Məmmədli Şahlar Şəmsəddin oğlu Şuşa şəhərciyində küçədə bıçaqlanıb. Yaralı qarnın ön divarının və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə