Son gündə 52 britaniyalı koronavirusdan ölüb

Son gündə 52 britaniyalı koronavirusdan ölüb

Böyük Britaniyada son sutka ərzində 48 854 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 819 515 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 52 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 146 439 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə