Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" avtomobili "Chevrolet Cruze"a çırpıldıqdan sonra daha bir "VAZ-2107"yə çırpılıb. Bundan sonra "VAZ-2107 " yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB