Tornado Amazon anbarını məhv etdi YÜZLƏRLƏ İNSANIN ÖLDÜYÜNÜ İSTİSNA EDİLMİR
Kentukki ştatında tornado nəticəsində ölənlərin sayı 50-dən çox ola bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qubernator Endi Beşir deyib.
Qeyd edək ki, bundan əvvəl Fox2 telekanalı ABŞ-ın şərqində baş verən tornado səbəbindən Amazon şirkətinin İllinoys ştatındakı anbarının qismən dağıldığını, onlarla insanın dağıntılar altında qaldığını bildirmişdi. KAIT TV-nin məlumatına görə, Arkanzas ştatında qocalar evini tornado bürüməsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Tennessi ştatında bir televiziya kanalının məlumatına görə isə, üç nəfər tornadoda həlak olub.
“Biz inanırıq ki, qurbanların sayı 50 nəfəri keçəcək, ola bilsin ki, 70, hətta 100-ə yaxın olacaq”, deyə Kentukki qubernatoru bildirib.
O qeyd edib ki, ştat fövqəladə vəziyyətdədir və Kentukki Milli Qvardiyası, ştat polisi təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunub. Beşir, istehsal fabrikində damın çökdüyü Mayfil şəhərinin xüsusilə ağır zərbə aldığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB