Cəlilabadda yol qəzası baş verib - xəsarət alanlar var

Cəlilabadda yol qəzası baş verib - xəsarət alanlar var

Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza zamanı iki "VAZ 2106" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə