Ağsu sakinlərindən odlu silahlar götürülüb

Ağsu sakinlərindən odlu silahlar götürülüb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Göydəlləkli kənd sakini Rəvan Mehdiyevdən və Axunlu kənd sakini Mahir Qədirovdan qanunsuz olaraq saxladıqları iki ov tüfəngi götürülərək aidiyyatı üzrə təhvil verilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə