40 nəfər təxliyə edilib YANĞIN SƏBƏBİNDƏN

40 nəfər təxliyə edilib YANĞIN SƏBƏBİNDƏN

Xantı-Mansi Muxtar Dairəsindəki uşaq sanatoriyasında yanğınla əlaqədar 40 nəfər təxliyə edilib. SİA xəbər verir ki, bu barədə “İnterfaks” öz mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, yanğın Xantı-Mansi uşaq vərəm əleyhinə sanatoriyasında baş verib. Mənbənin məlumatına əsasən taxtadan olan tibb korpusunun dam örtüyü yanıb, 40-a yaxın uşaq və işçilər təxliyə edilib.

Ətraflı olaraq təfərrüatlar hələ ki, mövcud deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə