200 nəfər təxliyə edilib BAŞ VERƏN YANĞIN ZAMANI

200 nəfər təxliyə edilib BAŞ VERƏN YANĞIN ZAMANI

Yanğın İrkutskda Versal ticarət mərkəzində baş verib. SİA xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

"Yanğınsöndürənlər gələn zaman 200-ə yaxın ziyarətçi və ticarət mərkəzinin əməkdaşları binadan təxliyə olunub. Yanğın mərkəzin əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə söndürülüb", deyə məlumatda qeyd olunur.

Yanğınsöndürənlər gizli yanğınları yoxlamaq üçün binanın üzlüyünü açırlar. İlkin məlumata görə, yanğına səbəb elektrik naqilləri olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə