Meksikada, pirotexnika zavodunda partlayış olub

Meksikada, pirotexnika zavodunda partlayış olub

Meksikanın qərbindəki Xalisko ştatının Zapopan şəhərində yerləşən pirotexnika zavodunda güclü partlayış baş verib.

SİA xəbər verir ki, bu barədə “Televisa” məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onların vəziyyəti ağır qiymətləndirilir. Partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil.

Yeri gəlmişkən xatırladaq ki, iki gün əvvəl bu ölkənin Puebla ştatında qeyri-qanuni fəaliyyət göstərən atəşfəşanlıq zavodunda da partlayış baş vermişdi. Gərək ki, həmin hadisə nəticəsində 2-si uşaq olmaqla 6 nəfərin həyatını itirib, çox sayda insan yaralandığı bildirilmişdi.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə