Meksikada ağır yol qəzasında 49 nəfər ölüb

Meksikada ağır yol qəzasında 49 nəfər ölüb

Meksikanın Çiapas ştatında baş verən yol qəzasında azı 49 nəfər ölüb, 58 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə Noticias MVS radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, onlarla miqrantı daşıyan qoşqulu yük avtomobili istinad divarına çırpılaraq aşıb, bəzi insanlar qoşqudan düşüb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Mexiko ştatının Hakisinqo rayonunda sərnişin avtobusunun yaşayış evinə çırpılması nəticəsində 19 nəfər ölüb, 30-a yaxın insan yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə