Qanunsuz ov edən şəxs aşkarlanıb FOTO

Biləsuvarda qanunsuz ov edən şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Mahmudçala adlanan ərazidə qanunsuz ov edən Biləsuvar rayon sakini Ş.Adışov saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 7 ədəd çöl quşu, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 50 ədəd patron və digər ov alətləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə