Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi

Dekabrın 8-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, monitorinq 119 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub,
26 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə