Polisi maşınla vurub hadisə yerindən qaçdı

Göygöldə piyadanı avtomobil vurub.

SİA xəbər verir ki, hadisə Göygöl şəhərinin girişində baş verib.

Yolu keçmək istəyən Musayev soyadlı piyadanı avtomobil vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hadisə törədən sürücü avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Məlumata görə, maşın vuran şəxs Göygöl rayon polis şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB