Zaqatalada eyni anda 5 maşın təmiri sexi yanıb

Bu gün səhər saat 05:18-də Zaqatala şəhəri ərazisində, Talaçay çayının sol sahilində Qurbanov Qurban Azad oğluna məxsus, ümumi sahəsi 90 kv/ m olan 5 maşın təmiri sexlərində yanğın baş verib.

SİA xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində tikilidə olan, ümumi sahəsi 60 kv/ m olan 3 maşın təmiri sexinin yanar konstruksiyaları yanıb.

İki maşın təmiri sexi, təmirə qoyulmuş 3 minik avtomobili və ətrafda olan digər tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə