Xarkovda 36 yaşlı qadın 2 yaşlı oğlunu boğaraq özünü pəncərədən atıb.
SİA xəbər verir ki, uşağın anası dördüncü mərtəbənin pəncərəsindən özünü atandan sonra polisə müraciət edib.
“Oğlan bağçaya gedirdi, uşağın anası sağalmaz xəstəliyə tutulmuşdu”, -Xarkov merinin müavini Svetlana Qorbunova-Ruban bildirib.
Onun sözlərinə görə, ailədən heç bir şikayət olmayıb. Ailədə ata və baba da var.
Qadın sağ qalıb və hazırda anesteziya altında xəstəxanadadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB