Göygöldə maşın polisi  vurub

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1999-cu il təvəllüdlü V.Musayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

V.Musayevin Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilib. Onu vuran avtomobil hadisə yerindən yayınıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə