Bakı sakini körpünün üzərində bıçaqlanıb

Bakı sakini körpünün üzərində bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə magistral şossedəki körpünün üzərində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Quliyev Şirvan Elşad oğlu tanımadığı şəxslə dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə