Kanadada yük qatarının 39 vaqonu relsdən çıxıb

Kanadanın Alberta əyalətində yük qatarının 39 vaqonu relsdən çıxıb.

SİA xəbər verir ki, bu barədə "CBC" telakanalına istinadən xəbər verir.

Məlumata əsasən, insident əyalətin cənub-şərq hissəsində yerləşən Ensayn yaşayış məntəqəsi yaxınlığında baş verib.

"Canadian Pacific Railway" şirkətinə məxsus qatarın bir neçə vaqonunda daha əvvəl təhlükəli maddələrin daşındığı məlumdur. Qəzadan sonra heç bir sızma aşkar edilməyib.

Bildirilir ki, xəsarət alan olmayıb. Qəzanın səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə