İtaliya klubunun prezidenti həbs olundu

“Sampdoriya”nın prezidenti Massimo Ferrero həbs o lunub.

SİA xəbər verir ki, klub rəhbəri maliyyə cinayətlərində şübhəli bilinir.

İtaliya Maliyyə Qvardiyasının həbs etdiyi Ferreronun bu əməlləri “Sampdoriya” ilə bağlı deyil. Onunla birlikdə cinayətdə şübhəli bilinən daha 5 şəxs də tutulub.

Qeyd edək ki, Ferrero 2014-cü ildən kluba rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə