Yanğın 8 çinlini həyatdan edib...

...5 nəfər isə yaralanıb

Çində yanğın nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə "CGTN" telekanalı yerli hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, yanğın Çinin Şansi vilayətinin Şouyan qəzasında elektrik stansiyasının ərazisində baş verib.

Bildirilib ki, yanğın əməkdaşlar üçün olan yaşayış yerlərində başlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə