2 körpə səhvən COVİD-19-a qarşı peyvənd olunub

2 körpəyə standart peyvənd əvəzinə koronavirusa qarşı peyvənd vurulub.

SİA-nın xəbərinə görə, hadisə Braziliyanın San-Paulu ştatında baş verib.

Tibb bacısı iki aylıq qız və dörd aylıq oğlana difteriya, göyöskürək və hepatit əleyhinə kombinə olunmuş peyvənd əvəzinə səhvən “Pfizer” və “Biontech”in istehsal etdiyi Covid-19 əleyhinə vaksin vurub. Bundan sonra körpələrin temperaturu qalxıb, qusma və ağrı başlayıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan günaşırı qan analizi götürüləcək, kardioqram çıxarılacaq.

Vaksinasiyanı həyata keçirən tibb bacısı işdən kənarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə