Etiraz aksiyası zamanı maşın nümayişçilərə çırpılıb...

...ölənlər var

Myanmada hərbi rejimə qarşı etirazlar zamanı 5 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Deutsche Welle" telekanalı xəbər verib.

SİA xəbər verir ki, hadisə dekabrın 5-də Yanqonda baş verib, ordu maşını yüksək sürətlə nümayişçilərə çırpılıb.

Şahidlərin sözlərinə görə, hadisədən sonra əsgərlər etirazçılara atəş açıb. "Myanmar Now" xəbər portalının məlumatına əsasən, xəsarət alanlara kömək etmək istəyən azı 15 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə